Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Göygöldə ölümlə nəticələn yol qəzasında ölənlərin kimliyi məlum olub...

APA-nın yerli bürosunun məlumatına görə, həyatını dəyişənlər 1968-ci il təvəllüdlü Y.Qasımova və 1967-ci il təvəllüdlü A.Verdiyevadır.

Məlumata görə, ölənlər Şəmkir rayon sakinləridir.

***

Göygöldə ölümlə nəticələn yol qəzasında ölənlərin sayı 3 nəfərə çatıb.

Bu barədə APA-nın yerli bürosu məlumat verib.

Ölənlərdən biri 1991-ci il təvəllüdlü Əvəz Əliyevdir.

Hələ ki, ölənlərdən yalnız bir nəfərin adı məlumdur.

***

Göygöldə ölümlə nəticələn yol qəzasında ölənlərin sayı 2 nəfərə çatıb.

Bu barədə APA-nın yerli bürosu məlumat verib.

Məlumata görə, “Renault Megane” markalı minik maşını “KamAZ” markalı yük avtomobilinin arxasına çırpılıb.

***

Göygöldə ölümlə nəticələn yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan iki avtomobil toqquşub.

Qəza zamanı 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Poliqon.info