İsrail ordusunun onlarla qırıcısı "Hizbullah"a zərbələr endirir

İsrail Hərbi Hava Qüvvələrinin onlarla qırıcısı Livanın cənubunda "Hizbullah" radikal hərəkatının obyektlərinə zərbələr endirməyə davam edir...

“Report” xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun rəsmi nümayəndəsi Daniel Haqarinin açıqlamasında bildirilir.

"Hazırda Hərbi Hava Qüvvələrinin onlarla qırıcısı Livanın cənubundakı bir neçə yerə zərbələr endirir. Biz təhdidləri məhv etməyə və "Hizbullah" terror qruplaşmasına intensiv zərbələr endirməyə davam edirik”, - sənəddə qeyd olunur.

Poliqon.info