Azərbaycan ət idxalını 27 % artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycana 30 min 722 ton ət idxal edib...

Poliqon Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə ətin dəyəri 68 milyon 543 min ABŞ dollar təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 6 min 490 ton (26,7 %), dəyər baxımından isə 21 milyon 602 min ABŞ dolları (46 %) çoxdur.

Hesabat dövründə ət idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,6 %-ni təşkil edib.

Poliqon.info