Parlament seçkiləri ilə əlaqədar bülletenlərin DSK-lara paylanmasına başlanılıb - Foto

Bu gündən 1 sentyabrda keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb...

APA xəbər verir ki, təqvim planına əsasən, seçki bülletenlərinin MSK-dan DSK-lara verilməsi avqustun 27-dək yekunlaşdırılmalıdır.

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər MSK-nın qərarı ilə müəyyən olunandan sonra Milli Məclisə seçkilərlə əlaqədar 6 516 567 seçki bülleteni çap edilib.

Poliqon.info