İsrail döyüş təyyarələri Livanı vurub, həlak olanlar var

İsrail döyüş təyyarələrinin Livanın cənubuna hava zərbələri endirməsi nəticəsində biri uşaq olmaqla 8 nəfər həlak olub...

APA xəbər verir ki, bu haqda Livanın rəsmi agentliyi NNA məlumat yayıb.

İsrail təyyarələrinin Livanın cənubundakı Tir şəhərinin Tayr Harfa qəsəbəsinə hava hücumu həyata keçirməsi zamanı 5 nəfər həlak olub.

Livanın cənubunda Həmadiyə şossesində bir avtomobilin vurulması zamanı isə bir nəfər ölüb.

Bundan başqa Səhiyyə Nazirliyi də İsrail ordusunun ölkənin cənubundakı Aytə əl-Cəbəl qəsəbəsinə təşkil etdiyi hava hücumun zamanı aralarında 7 yaşlı uşaq olmaqla 2 nəfərin həlak olduğunu açıqlayıb.

Poliqon.info