Putin Paşinyanla Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə edib - Yenilənib

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələlərini müzakirə edib...

“Report” xəbər verir ki, bu barədə Kremlin Rusiya və Ermənistan liderləri arasında bu gün baş tutan telefon danışığı ilə bağlı yaydığı bəyanatda bildirilib.

Kremldən xatırladılıb ki, V.Putin bu yaxınlarda Azərbaycanda dövlət səfərində olarkən Ermənistanın baş naziri ilə əlaqə saxlayacağını, Bakıda aparılan danışıqların nəticələri barədə ona məlumat verəcəyini bildirib.

“Rusiya tərəfi Ermənistan və Azərbaycana sülh sazişinin hazırlanması, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin irəlilədilməsi, habelə nəqliyyat və logistika kommunikasiyalarının açılmasına bundan sonra da yardım göstərməyə hazır olduğunu təsdiqləyib”, - məlumatda qeyd olunub.

***

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələlərini müzakirə edib.

Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə TASS Ermənistan Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, tərəflər Rusiya liderinin Azərbaycana səfərini müzakirə ediblər.

“Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. Rusiya lideri ötən həftə Azərbaycana səfəri ilə bağlı təəssüratları barədə Ermənistanın baş nazirinə məlumat verib və N.Paşinyan buna görə V.Putinə təşəkkür edib”, - məlumatda qeyd olunub.

N.Paşinyan ikitərəfli gündəliyə dair məsələləri müzakirə etmək üçün gələcəkdə V.Putinlə görüşün keçirilməsi ilə bağlı razılığa gəlindiyini bildirib.

Poliqon.info