Makron Ermənistana gedəcək... - Bu Putinin Bakı səfərinə cavabıdır?

İddiaya görə, sentyabrın 21-də  Emmanuel Makronun Ermənistana səfəri gözlənilir...

Politoloq: “Fransanın prezidenti Emmanuel Makronun Ermənistanın Müstəqillik Günündə Ermənistana səfəri əlbəttə ki, Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərinə də cavabdır”.

“Makronun səfəri konkret olaraq Ermənistanla Azərbaycanın sülh müqaviləsi istiqamətində aparılan danışıqlarına da mənfi təsir göstərə bilər”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Fransa prezidentinin Ermənistana gözlənilən səfərini Poliqon-a şərh edərkən qeyd edib.

Ermənistan mediasının yazdığına görə, Ermənistanın Müstəqillik Günündə - sentyabrın 21-də Emmanuel Makronun İrəvana səfəri gözlənilir.

Bəs, bu səfər Putinin Bakı səfərinə bir cavab xarakteri daşıya bilər?

Ermənistan və Fransanın növbəti işbirliyini Poliqon-un əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Fransa tərəfi göstərmək istəyir ki, Ermənistanın yanındadır və Ermənistanı hər cəhətdən möhkəmləndirməyə hazırdır”.

Fransa öz təlimatlarını Ermənistan tərəfə diqtə edə biləcəyini proqnoz edən politoloq Poliqon-a bildirib ki, bu da sülh danışıqları proseslərinə zərər verə bilər:

“Ermənistanla Fransa arasında siyasi, təhlükəsizlik və müdafiə sahədə əməkdaşlıq davam edir. Fransa məhz Ermənistan vasitəsilə Cənubi Qafqazda nəqliyyat yollarına nəzarət edərək möhkəmlənmək, Rusiya və Türkiyəni bölgədə sıxışdırmaq istiqamətində öz prioritet siyasətini həyata keçirməkdədir.

Bunun fonunda da, Fransanın prezidenti Emmanuel Makronun Ermənistanın Müstəqillik Günündə Ermənistana səfəri əlbəttə ki, Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərinə də cavabdır. Fransa tərəfi göstərmək istəyir ki, Ermənistanın yanındadır və Ermənistanı hər cəhətdən möhkəmləndirməyə hazırdır.

Məhəmməd Əsədullazadə: “Ermənistanın siyasəti müstəqil deyil, onlar siyasətini Fransanın, Qərbin təlimatları ilə həyata keçirir”.

Amma Fransanın bu səfəri Cənubi Qafqazda sülhə təhdiddir. Ümumiyyətlə, Makronun Ermənistana səfəri sülhü özündə ehtiva etmir. Ancaq Putinin səfəri sadəcə olaraq Azərbaycanla ikitərəfli əməkdaşlığa əsaslanırdı. Azərbaycan Ermənistandan fərqli olaraq müstəqil dövlət kimi hər zaman öz siyasətini qurur. Ermənistan tərəfinin siyasəti aydın deyil. Həmçinin Ermənistanın siyasəti müstəqil deyil, onlar siyasətini Fransanın, Qərbin təlimatları ilə həyata keçirir.

Düşünürəm ki, Makronun səfəri konkret olaraq Ermənistanla Azərbaycanın sülh müqaviləsi istiqamətində aparılan danışıqlarına da mənfi təsir göstərə bilər. Çünki Fransa öz təlimatlarını Ermənistan tərəfə diqtə edə bilər. Bu da sülh danışıqları proseslərinə zərər verə bilər”.

Nərminə UMUDLU Poliqon.info