Almaniyada “Tesla” zavoduna görə 500 min ağac kəsilib

Berlin yaxınlığındakı Grunhaydda nəhəng “Tesla” zavodunun tikintisi 329 hektar ərazidə geniş miqyaslı meşələrin qırılmasına səbəb olub...

Poliqon xəbər verir ki, bu barədə The Guardian qəzeti peyk şəkillərinə istinadən məlumat yayıb. Həmin ərazidə qırılan ağacların sayı təxminən yarım milyona bərabərdir,

Berlin ətrafında ağac soyqırımı 2020-ci ildən 2023-cü ilə qədər davam edib. Eyni zamanda, 2024-cü ilin iyulunda Brandenburq federal əyalətinin hakimiyyəti ekoloji fəalların dəfələrlə qarşı çıxdığı istehsalı artırmaq üçün Avropada yeganə “Tesla” elektrik avtomobili zavodunun genişləndirilməsi planlarını təsdiqləyib.

“Almaniyanın ən quraq bölgələrindən birində ətraf mühitin çox hissəsi artıq məhv edilib. İstehsalın genişlənməsinin və bununla bağlı meşələrin daha da məhv edilməsinin, eləcə də içməli suyun mühafizə olunan ərazilərinə təhlükənin qarşısını almaq lazımdır”, deyə “The Guardian” “Tesla kranını bağlayın” təşkilatından olan fəal Karolina Djevodan sitat gətirib.

Fəalın sözlərinə görə, təhlillər göstərib ki, “Tesla”nın istehsalı təkcə ətraf mühitə yerli ziyan vurmayıb, həm də elektromobillər üçün akkumulyatorların istehsalında istifadə olunan nadir torpaq metallarının çıxarılması nəticəsində qlobal ekoloji ziyana gətirib çıxarıb.

Poliqon.info