ABŞ cümə günü Ukraynaya 125 milyon dollarlıq hərbi yardım elan edəcək

Vaşinqton cümə günü Ukraynaya daha 125 milyon dollarlıq hərbi yardım paketinin ayrılmasını elan edə bilər...

Poliqon xəbər verir ki, bu barədə cümə axşamı mənbələrə istinadən Associated Press məlumat yayıb.

Mənbələrinsözlərinə görə, yeni tranşa hava hücumundan müdafiə sistemləri üçün raketlər, HIMARS MLRS üçün mərmilər, tank əleyhinə Javelin sistemləri, 155 mm və 105 mm kalibrli artilleriya mərmiləri, elektron döyüş texnikası daxildir.

Qeyd edək ki, avqustun 15-də Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi MSNBC telekanalına müsahibəsində bildirib ki, ABŞ yaxın həftələrdə Ukraynaya hərbi yardım paketi təqdim etməyi planlaşdırır.

Poliqon.info