UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

"Zirə" UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk matçında Kiprdə "Omoniya" ilə qarşılaşıb...

"Report" xəbər verir ki, GSP stadionunda baş tutan matç meydan sahibləri böyükhesablı qələbəsi ilə yekunlaşıb - 6:0.

Qeyd edək ki, bu komandalar arasında cavab matçı avqustun 29-da “Liv Bona Dea Arena”da təşkil olunacaq. Qarşılaşma saat 20:00-da start götürəcək.

***

UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Omoniya" (Kipr) - "Zirə" oyununda altıncı qol vurulub.

"Report" xəbər verir ki, GSP stadionundakı görüşdə meydan sahibləri üstünlüklərini bir qədər də möhkəmləndiriblər - 6:0.

70-cı dəqiqədə Vili Semedo dubl müəllifi olub.

***

UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Omoniya" (Kipr) - "Zirə" matçında üçüncü qol vurulub və ilk hissə başa çatıb.

"Report" xəbər verir ki, GSP stadionundakı oyunda meydan sahibləri növbəti qolu vurublar - 3:0.

45+1-ci dəqiqədə Mariuş Stepinski fərqlənib.

***

UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Omoniya" (Kipr) - "Zirə" matçı start götürüb.

"Report" xəbər verir ki, tərəflər arasında ilk qarşılaşma GSP stadionunda keçirilir.

Matçı estoniyalı baş hakim Yuri Frişer idarə edir.

Poliqon.info