Ukrayna Krasnodarda limanı raketlə vurub, Krım körpüsü müvəqqəti bağlanıb

Ukrayna Krasnodar diyarının Temryuk rayonundakı “Qafqaz” limanına hücum edib...

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə yerli teleqram kanalları məlumat yayıb.

Ukrayna raketinin "Conroe Trader" dəmiryol bərəsinə düşdüyü bildirilib. Onun göyərtəsində neft sisternlərinin olduğu da məlumatlar arasındadır

Hücumun Odessa vilayəti ərazisindən törədildiyi bildirilirb.

Zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir.

İnsidentlə əlaqədar Krım körpüsündə nəqliyyatın hərəkəti müvəqqəti olaraq bağlanıb.

Poliqon.info