Qəzza vasitəçiləri danışıqları dayandırıb, Qahirəni tərk ediblər

Qəzza zolağında münaqişənin həlli üzrə danışıqlarda vasitəçilik edən Misir, Qətər və ABŞ nümayəndə heyətləri prosesi dayandırmaq qərarına gəliblər...

Poliqon xəbər verir ki, bu barədə EFE Agentliyi mənbələrə istinadən məlumat yayıb.

Agentliyin həmsöhbətlərindən birinin sözlərinə görə, danışıqlar qeyri-müəyyən müddətə dayandırılıb və onların bərpası üçün konkret tarixlər yoxdur.

EFE onu da qeyd edir ki, ABŞ, Qətər və İsraildən olan nümayəndə heyətlərinin üzvləri danışıqların aparıldığı Qahirəni artıq tərk ediblər. Fələstinin HƏMAS hərəkatı son günlər məsləhətləşmələrdə ümumiyyətlə iştirak etməyib.

Bu həftə ABŞ dövlət katibi Entoni Blinken İsrail və Fələstinliləri Amerikanın Qəzzada nizamlanma planına razı salmağa çalışmaq üçün Yaxın Şərqə səfər edib. Lakin danışıqlarda heç bir irəliləyiş olmayıb.

Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə İsrail və HƏMAS arasında aparılan danışıqlarla bağlı vəziyyəti də müzakirə edib. Söhbət zamanı tərəflər Yaxın Şərqdəki münaqişə ilə bağlı fikir mübadiləsi aparıblar. Xüsusilə, diplomatlar İsrail və HƏMAS arasında atəşkəs danışıqlarındakı hazırkı vəziyyəti müzakirə ediblər.

Poliqon.info