Maskın sosial media sorğusunda Tramp Harrisi üstələyib

Respublikaçıların prezidentliyə namizədi Donald Tramp X sosial media istifadəçiləriindən demokrat rəqibi Kamala Harrisdən daha çox dəstək alıb...

Poliqon xəbər verir ki, amerikalı iş adamı İlon Mask öz X səhifəsində istifadəçiləri noyabrın 5-də keçiriləcək prezident seçkilərində kimə səs verməyi planlaşdırdıqlarını seçməyə dəvət edib.

Sorğuda 5,8 milyon istifadəçi iştirak edib. Sosial şəbəkədə səsvermənin nəticələrinə görə, Donald Tramp 73,2% nəticə ilə xanım Harrisi qabaqlayıb. Kamala Harris 26,8% səs toplayıb.

Lakin avqustun 19-da “FiveThirtyEight” sorğu təşkilatının keçirdiyi sorğunun nəticələrinə görə, Kamala Harris əhalinin 46,6%-nin, Donald Trampın isə cəmi 43,8%-nin dəstəyinə malikdir.

Qeyd edək ki, bir gün əvvəl Demokrat Partiyasının nümayəndələri təntənəli səsvermədə Kəmalə Harrisi ABŞ prezidentliyinə namizəd kimi rəsmən təsdiqləyiblər.

Öz növbəsində Tramp 5 noyabr seçkilərindən sonra İlon Maskı öz komandasında görmək istədiyini bildirib. Mask isə bu təklifə müsbət cavab verib.

Poliqon.info