Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Səudiyyə Ərəbistanının “Al-Nasr” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo “YouTube” platformasında abunəçilərin sayına görə bir neçə rekorda imza atıb...

APA xəbər verir ki, portuqaliyalının hesabı ilk saatda abunəçilərin sayına görə rekord vurub, bir saat ərzində idmançının hesabına 1 milyon 270 min nəfər abunə olub.

Futbolçu gündəlik abunəçi sayına görə də ən yaxşı nailiyyətə sahibdir (4 milyon 420 min nəfər).

***

Beşqat "Qızıl top"un sahibi, portuqaliyalı hücumçu Kriştianu Ronaldu öz "YouTube" kanalını açıb.

Oxu.Az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki hesabında məlumat verib.

"Gözləmə bitdi. Bu da mənim "YouTube" kanalım. Yeni səyahətimdə mənə qoşulun" , - Ronaldu yazıb.

Qeyd edək ki, artıq 900 mindən çox insan futbolçunun "YouTube" kanalına abunə olub.

Poliqon.info