Kür çayının Ağstafadan keçən hissəsində bir nəfər batıb

Kür çayının Ağstafadan keçən hissəsində batma hadisəsi baş verib...

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis mayoru Eşqin Qasımov məlumat verib.Onun sözlərinə görə, çayda batan şəxs rayonun Saloğlu qəsəbə sakini 1981-ci il təvəllüldü Qasımov Yavər Yaqub oğludur.

Meyit sudan çıxarılaraq ailəsinə təhvil verilib.

Poliqon.info