MEDİA Nair Əliyevin vəfatı ilə bağlı başsağlığı verib

Medianın İnkişafı Agentliyi Azərbaycanın Əməkdar jurnalisti Nair Əliyevin vəfatı ilə bağlı başsağlığı verib...

Poliqon xəbər verir ki, bu barədə agentlik paylaşım edib:

"Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi əməkdar jurnalist Nair Əliyevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!", - deyə o qeyd edib.

Qeyd edək ki, Əməkdar jurnalisti Nair Əliyev bu gün uzun sürən xəstəlikdən sonra vəfat edib.

Poliqon.info