Medvedev: Ukraynanın Kurska hücumundan sonra danışıqlardan söhbət gedə bilməz...

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumundan sonra düşmən tamamilə məğlub olana qədər danışıqlar mümkünsüzdür...

Poliqon xəbər verir ki, Rusiyanın sabiq prezidenti bu barədə özünün Telegram kanalında yazıb.

Medvedevin sözlərinə görə, son vaxtlar “danışıq tələsinə”, yəni beynəlxalq ictimaiyyətin Kiyevə tətbiq edə biləcəyi erkən lazımsız sülh danışıqlarına düşmək təhlükəsi var.

“Gözəl bir sülh mövzusunda danışan mandatsız vasitəçilərin boş söhbətləri əhəmiyyətini itirdi. İndi onlar hər şeyi başa düşürlər, hətta ucadan deməsələr də. Onlar başa düşürlər ki, düşmən tamamilə məğlub olana qədər daha danışıqlar olmayacaq!”, deyə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini yazıb.

Medvedyev əlavə edib ki, Kursk bölgəsinə hücumdan sonra Ukrayna üçün hər şey daha da pis olacaq. Bu səbəbdən Kiyevin Qərb müttəfiqləri Kurskdakı “terror əməliyyatına” sevinməməlidir.

Poliqon.info