Bayden gizli nüvə silahı proqramını təsdiqləyib

ABŞ prezidenti Co Bayden mart ayında yenidən işlənmiş nüvə strategiyasını təsdiqləyib...

Poliqon xəbər verir ki, bu barədə The New York Times qəzeti məlumat yayıb. Nəşr yazır ki, bu barədə ictimaiyyətə açıqlama verilməyib. NYT-nin yazdığına görə, qərar “Çinin nüvə arsenalının sürətlə genişlənməsi” fonunda qəbul edilib.

Sənəd “Nüvə Silahlarının İstifadəsinə dair Bələdçi” adlanır. Məqsəd ABŞ-ni “Çin, Rusiya və Şimali Koreyanın mümkün koordinasiya edilmiş nüvə çağırışlarına” hazırlamaqdır. Amerika hərbi departamenti əmindir ki, yaxın onillikdə Çin öz ehtiyatı və nüvə silahlarının müxtəlifliyi baxımından ABŞ və Rusiya ilə rəqabət apara biləcək.

NYT yazır ki, strategiya hər dörd ildən bir yenilənir, lakin bu sənəd elektron formada mövcud deyil və az sayda çap nüsxəsi yalnız bir sıra milli təhlükəsizlik rəsmiləri və Pentaqonun generalalrına paylanır. İctimai bildirişin Bayden vəzifəsini tərk etməzdən əvvəl Konqresə göndəriləcəyi gözlənilir.

Xatırladaq ki, iyul ayında Birləşmiş Ştatlar nüvə başlıqlarının sayı ilə bağlı məlumatların məxfiliyini ləğv edib. 2023-cü ilin sentyabrına olan məlumata görə, ABŞ-də 3748 nüvə başlığı var.

Stokholm Sülh Araşdırmaları İnstitutu (SIPRI) ötən il doqquz nüvə silahı dövlətinin (Rusiya, ABŞ, Çin, Fransa, Böyük Britaniya, Hindistan, Pakistan, İsrail və Şimali Koreya) arsenallarını modernləşdirməyə davam etdiyini bildirib. Hesabatda qeyd edilib ki, operativ şəkildə yerləşdirilən nüvə silahlarının sayı artıb.

Poliqon.info