“Hizbullah” bir gündə İsrailə təxminən 135 raket atıb

Livandan atılan 5 raketlə əlaqədar gecə ərzində İsrailin üç bölgəsində hava həyəcanı elan edilib...

Poliqon İsrailin “Ynet News” portalına istinadən xəbər verir ki, raketlər açıq əraziyə düşüb, dağıntı olmayıb.

Nəşrin yazdığına görə, son 24 saat ərzində İsrailə 135-ə yaxın raket atılıb. Bundan əvvəl İsrail Müdafiə Qüvvələri Livanın şiə “Hizbullah” hərəkatının silah anbarlarına hücum edib.

İsrail Silahlı Qüvvələrinin press-relizinə görə, İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr gecə ərzində Livanın bir neçə bölgəsindəki anbarlara zərbələr endirib.

“Zərbələrdən sonra obyektlərdə çoxlu sayda silahın olduğunu göstərən ikinci dərəcəli partlayışlar qeydə alınıb. Bundan əlavə, zərbələr “Hizbullah”ın hava hücumundan müdafiə sistemi tərəfindən istifadə edilən və İsrail üçün təhlükə yaradan kompleksə endirilib”, deyə press-relizdə bildirilir.

Poliqon.info