Putin Çeçenistanın fəxri vətəndaşı olub

Rusiya prezidenti Vladimir Putin Çeçenistanın fəxri vətəndaşı olub...

Poliqon xəbər verir ki, bu barədə TASS Agentliyi məlumat yayıb.

Müvafiq nişanı və sertifikatı Putinə Çeçenistanın rəhbəri Ramzan Kadırov və Çeçenistan müftisi, respublika Müsəlmanları Ruhani İdarəsinin sədri Salah Mejiyev təqdim ediblər.

Qeyd edək ki, dünən axşam saatlarında Rusiya prezidenti Çeçenistana səfər edib.

Poliqon.info