Tramp Harrisi cinayəti dəstəkləyən “ekstremist” adlandırıb

Tramp: Əminəm ki, Baydenin hakimiyyəti dönəmində cinayətkarlar nəzarətdən çıxıb...

Respublikaçı partiyasından Ağ Evin rəhbəri postuna iddialı olan ABŞ-ın keçmiş prezidenti Donald Tramp demokrat Co Baydenin prezidentliyi dövründə ölkədə cinayət nisbətinin nəzarətdən çıxdığını bildirib.

Poliqon xəbər verir ki, siyasətçi bu barədə Miçiqanda tərəfdarları qarşısında çıxışı zamanı bildirib.

“Amerikada cinayət nəzarətdən çıxıb”, deyə Tramp vurğulayıb.

Respublikaçı əlavə edib ki, “liberal zəif siyasətçilər” üzündən analar övladlarını itirirlər.

Bundan əlavə, Tramp hazırkı vitse-prezident, onun demokrat rəqibi Kamala Harrisi cinayəti dəstəkləyən “ekstremist” adlandırıb.

Qeyd edək ki, bundan əvvəl Tramp rəqibinin inflyasiya ilə mübarizə planını tənqid edib. O, xüsusilə, Bayden-Harris komandasının hakimiyyətə gəlişindən sonra ölkədə qiymətlərin artdığına diqqət çəkib.

Poliqon.info