Sumqayıt bulvarında dənizdən meyit tapılıb - Yenilənib

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində dənizdə suyun üzərində bir nəfər kişi meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub...

Poliqon FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

APA xəbər verir ki, hadisə Sumqayıt bulvarında qeydə alınıb.

Meyiti tapılan şəxsin bir neçə gün öncə dənizdə batdığı ehtimal olunan kişi olduğu bildirilir.

Poliqon.info