Bu gün Azərbaycan və Ermənistan prezidentləri Parisdə görüşəcəklər

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın dövlət başçısı Serj Sarkisyan bu gün Parisdə görüşəcəklər
Görüş Franda prezidenti Fransua Ollandın təşəbbüsü ilə keçiriləcək.Fransa KİV-i xəbər verir ki, Yelisey sarayındakı üçtərəfli görüşə Fransua Olland da qatılacaq. "Görüşün məqsədi Qarabağ münaqişəsi zonasında iki ay əvvəl vəziyyətin gərginləşməsindən sonra tərəflər arasında dialoqun təmin edilməsidir", - "Frans Press" agentliyi yazır. Agentliyin məlumatına görə, üçtərəfli görüşlə yanaşı, Fransua Ollan hər iki prezidentlə ayrıca da görüşəcək.Azərbaycan və Ermənistan prezidentlərinin ATƏT-in Minsk qrupunun həmsədrləri lə görüşləri də planlaşdırılır.Nahar zamanı isə üç ölkə prezidenti Qafqaz regionunun inkişafı ilə bağlı qlobal məsələləri müzakirə edəcəklər. (musavat.com)