Ağ Ev: Qəzzada növbəti atəşkəs danışıqları Qahirədə keçiriləcək...

Ağ Evin mətbuat katibi Karine Jan-Pyer jurnalistlərə bildirib ki, yüksək səviyyəli rəsmilər Qəzzada atəşkəslə bağlı danışıqları davam etdirmək üçün həftənin sonundan əvvəl Qahirədə yenidən toplanacaq...

Dövlət katibi Blinken İsrailin təhlükəsizliyinə güclü öhdəliyimizi təsdiqləmək və bu razılaşmaya nail olmaq üçün intensiv səylərimizi davam etdirmək üçün regiondadır”, deyə Ağ Evin sözçüsü vurğulayıb.

Xatırladaq ki, Qəzzada atəşkəslə bağlı danışıqlar ötən həftə ABŞ, Misir və Qətərin vasitəçiliyi ilə Dohada bərpa edilib.

ABŞ dövlət katibi Entoni Blinken bazar ertəsi Yaxın Şərqə səfəri zamanı deyib ki, İsrail atəşkəs danışıqlarındakı boşluqları aradan qaldırmaqla bağlı təklifini qəbul edib və Fələstinin HƏMAS qrupu gələcək danışıqlardan əvvəl növbəti addımını atmalıdır.

Poliqon.info