Lukaşenko: Ermənilər bizdən başqa kimə lazımdır?

Belarus prezidenti Aleksandr LukaşenkoErmənistandakı vəziyyəti şərh edib...
“Sabah Makron orada olmayacaq və hamı Ermənistanı unudacaq”

Poliqon xəbər verir ki, bunu Belarus prezidenti bu “Rossiya 1” telekanalına müsahibəsində bildirib.

“Ermənilər bizdən başqa kimə lazımdır? Heç kimə. Onlar Rusiyanın hesabına iqtisadiyyatlarını inkişaf etdirir, ehtiyatlarını artırılar. Hansısa Fransa və ya Makron bunu edə biləcəkmi? Sabah Makron gedəcək və hamı Ermənistanı unudacaq”, deyə Lukaşenko Ermənistandakı vəziyyəti belə şərh edərkən deyib.

Bundan əlavə, Belarus prezidenti Aleksandr Lukaşenko hesab edir ki, postsovet məkanında yaranmış bəzi dövlətlər əvəzində heç nə təklif etmədən Rusiya ilə əməkdaşlıqdan faydalanmağa çalışırlar.

“Rusiya ilə biz əslində eyni gəmidəyik. Bu gəmi batsa, birlikdə boğulacağıq. Müttəfiqlik əlaqələrimizi gizlətməyə ehtiyac yoxdur. Biz özümüzü heç nə vermədən yalnız Rusiyadan almaq istəyən bəzi başqa dövlətlər kimi aparmırıq”, deyə Lukaşenko bildirib.

Poliqon.info