Livandan İsrailə 55 raket atılıb, bəzi yerlərdə yanğınlar olub

İsrail Müdafiə Qüvvələri Livandan atılan 55 raket aşkarladığını bildirib...

Poliqon xəbər verir ki, bu barədə IDF-nin telegram kanalında məlumat yayılıb.

Raketlərin bir hissəsinin vurulduğu, bəzilərinin isə İsrailin şimalındakı açıq ərazilərə düşdüyü bildirilirr. Hücum zamanı itkilər barədə məlumat yoxdur. Hücumdan qısa müddət sonra İsrail Hərbi Hava Qüvvələri raketlərin atıldığı Livanın buraxılış məntəqələrindən birini vurub.

“Hazırda İsrail yanğınsöndürmə və xilasetmə xidmətləri İsrailin şimalında atışmalara görə bir neçə bölgədə baş vermiş yanğınları söndürmək üçün çalışır”, deyə İsrail ordusunun mətbuat xidmətinin bəyanatında deyilir.

Qeyd edək ki, avqustun 20-nə keçən gecə İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Deyr Qanun bölgəsinə hücum edib. İDF-nin məlumatına görə, hücum zamanı Livanın şiə “Hizbullah” hərəkatının raket bölməsinin komandiri Hüseyn Əli Hüseyn həlak olub. “Hizbullah” komandirin ölümünü təsdiqləyib.

Livanın Səhiyyə Nazirliyi də atışma nəticəsində 9 nəfərin öldüyünü açıqlayıb.

Poliqon.info