Fəzail İbrahimli Həsənli kəndində seçicilərlə görüşüb – Foto

Vətəndaş Həmrəyliyi Partiyasının 73 saylı Masallı-Cəlilabad seçki dairəsindən deputatlığa namizədi, VHP sədrinin birinci müavini Fəzail İbrahimli Masallı rayonunun Həsənli kəndində seçicilərlə görüş keçirib...

Poliqon xəbər verir ki, kənd camaatının ən müxtəlif təbəqələrinin – gənclərin, ahılların, ziyalıların toplandığı görüşdə hərarətlə qarşılanan F.İbrahimli əvvəlcə seçicilərlə son illər Azərbaycanın əldə etdiyi uğurlar, ərazilərimizin düşmən tapdağından azad olunması və möhtəşəm zəfərimizlə yeni yüksəliş tariximiz haqqında düşüncələrini bölüşüb.

Daha sonra Milli Məclisdəki fəaliyyəti haqqına danışan namizəd növbəti dönəmdə də seçicilərin etimadını qazanacağı halda görəcəyi işlər haqda məlumat verib.

F.İbrahimli seçicilərin suallarını cavablandırıb və qaldırılan problemlərə münasibət bildirib. Tədbirin sonunda kənd sakinlərindən Yavər Yusubov, Xeyənsə Musayeva, Vəzifə Rəhimova, Mehdi Mehdiyev, Rəşad Fərəcov və Azərin Musayev çıxış edərək qarşıdakı seçkilərdə Fəzail İbrahimliyə səs verəcəklərini bildirib.

##galery##

Poliqon.info