Türkiyəli gənc qrosmeyster rekorda imza atıb

Dünyanın ən gənc qrosmeysteri olan Yağız Kaan Erdoğmuş 2600 reytinq xalı (ELO) toplayan ən gənc idmançı rekordunu qırıb...

Oxu.Az xəbər verir ki, Şahmat üzrə qrosmeyster titulu ilə dünyanın ən gənc idmançısı Yağız Kaan Erdoğmuş eyni zamanda 2600 ELO-nu keçən ən gənc oyunçu olmağı bacarıb.

Qeyd edək ki, Türkiyə Şahmat Federasiyasından verilən açıqlamada isə gənc şahmatçı Yağız Kaan Erdoğmuşu Əbu-Dabi Şahmat Festivalında uğurlu çıxışı münasibətilə təbrik edib.

Poliqon.info