Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir

19 avqust saat 15:00-dan etibarən 2024-2025 tədris ili üzrə 34 təhsil müəssisəsində mərkəzləşdirilmiş qaydada qəbul keçirən lisey və gimnaziyalara II mərhələ üzrə lisey seçimlərinə start verilir...

Bu barədə Poliqon-a Təhsil İnstitundan məlumat verilib.

Qeyd edilib ki, bu mərhələ 1-ci seçimdən sonra boş qalan yerlər üçün nəzərdə tutulur.

Şagirdlərin elektron yerdəyişmə portalında (https://sy.edu.az) “İmtahanlar” bölməsinə daxil olaraq seçim etmək mümkündür. Bu mərhələdə 2 seçim şansı verilir və aşağıdakı şagirdlər iştirak edə bilər:

10 baldan yuxarı nəticə göstərən;

I mərhələdə seçim edib, qəbul olmayan;

I mərhələdə seçim edib qəbul olan təsdiqləməyən/imtina edən/təsdiqləyib sənədlərini qəbul olduğu müəssisəyə təqdim etməyən;

I mərhələdə seçim etməyən şagirdlər.

Bildirək ki, II mərhələ lisey və gimnaziya seçimi 21 avqust saat 17:00-da başa çatacaq.

Poliqon.info