Vens anketlərdən narahat olmamağa çağırıb

Ohayo ştatından olan senator, Respublikaçılar Partiyasından ABŞ-ın vitse-prezidenti vəzifəsinə namizəd Ceyms Devid Vens Kamala Harrisin populyarlığına görə Donald Trampı qabaqladığı sorğunun son nəticələrindən narahat olmamağa çağırıb...

Poliqon xəbər verir ki, Trampın vitse-prezident namizədi bu barədə Fox News t elekanalında danışıb.

“Biz sorğulardan narahat olmamalıyıq, finiş xəttinə qaçmalı və hamını çıxıb səs verməyə təşviq etməliyik. Ancaq mesajımız çox sadə olacaq. Əgər siz sülhə, firavanlığa və xalis əmək haqqı artımına qayıtmaq istəyirsinizsə, Donald Trampa səs verin. Çünki Donald Tramp bunu bir dəfə etdi və o, yenə də edə bilər”, deyə Vance bildirib.

Bundan əvvəl keçirilən sorğularda ABŞ Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisin ABŞ Demokratlar Partiyasının Milli Konqresi başlamazdan əvvəl populyarlıq baxımından rəqibi Donald Trampı qabaqladığı göztərilirdi.

Son sorğulara görə, Harrisə qeydiyyatdan keçmiş ABŞ seçicilərinin 49%-i dəstək verir, sorğuda iştirak edənlərin 45%-i isə Trampa səs verməyə hazırdır. Digər 5% isə başqa bir prezidentliyə namizədi dəstəkləyəcəyini bildirib.

Poliqon.info