Harris Trampı “qorxaq” adlandırıb

Kamala Harris seçki kampaniyası zamanı Trampın “qorxaqlığına” işarə edib...

Poliqon Reuters Agentliyinə istinadən xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Kamala Harris bazar günü Pensilvaniya ştatında seçki kampaniyası zamanı keçmiş prezident Donald Trampı dolayısı ilə tənqid edərək, rəqibini rəqiblərini sıxışdırmağa yönəlmiş “qorxaq” adlandırıb.

“Başqalarını aşağılamağa çalışan hər kəs qorxaqdır”, deyə Harris tərəfdarlarının qarşısında çıxış edərkən vurğulayıb.

Bununla belə, Demokrat partiyasının namizədi şənbə günü Pensilvaniyanın şərqində seçki kampaniyası zamanı Harrisi “radikal” və “dəli” adlandıran Trampın adını birbaşa çəkməyib.

Qeyd edək ki, rəy sorğuları Harrisin həm milli miqyasda, həm də Pensilvaniya da daxil olmaqla yüksək rəqabətli səkkiz ştatın bir çoxunda Donald Trampla fərqi bağladığını göstərir.

Poliqon.info