TASS Polad Bülbüloğlunun sözlərini təhrif edib

Səfir: Mən Rusiyanın Qarabağdakı Baş Konsulluğu haqqında danışmamışam...

Poliqon xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu haqqin.az-a müsahibəsində bildirib ki, Rusiyanın TASS Agentliyi onun sözlərini təhrif edib.

“Mən deməmişəm ki, Rusiya baş konsulluğu Rusiyada peyda ola bilər. Mən dedim ki, bu məsələ müzakirələr mərhələsindədir”, deyə səfir bildirib.

“Rusiya Federasiyası konsulluq açmaq istəyini ifadə edib, çünki bizim Rusiyada iki baş konsulluğumuz var – Yekaterinburqda və Sankt-Peterburqda. Rusiyanın böyüklüyünü və ölkədəki azərbaycanlıların sayını nəzərə alsaq, bu, təbiidir. Həmçinin konsulluqların fəaliyyət sahəsi daha məhduddur, lakin buna baxmayaraq, bu istiqamətdə işlər gedir, müxtəlif variantlar təklif olunur”, deyə Azərbaycan diplomatik missiyasının rəhbəri vurğulayıb.

Diplomat həmçinin qeyd edib ki, Bakıda səfərdə olan Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan prezidenti İlham Əliyev arasında çox gərgin dialoq gözlənilir.

“Bildiyimə görə, iki lider arasında çox gərgin dialoq gözlənilir. Buna baxmayaraq, Bu ün Rusiya ilə Azərbaycan arasında münasibətlər çox yüksək müttəfiq qarşılıqlı fəaliyyət səviyyəsindədir”, deyə diplomat bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin bəyan etmişdi ki, Rusiyanın Xankəndində baş konsulluğunun açılmasına hazırlıq tezliklə başlaya bilər.

Poliqon.info