Co Bayden özündən sonra geridə kədərli miras buraxacaq

Birləşmiş Ştatların prezidenti Co Bayden xalqı birləşdirə və bir sıra iqtisadi və beynəlxalq problemləri həll edə bilmədiyi üçün geridə kədərli miras qoyub vəzifəsini tərk edəcək.

Poliqon xəbər verir ki, bu barədə The Wall Street Journal nəşrinin redaksiya məqaləsində yazlıb.

“Demokratlar Harrislə qalib gələ bilsə, bunu zəfər hesab edəcəklər. Ancaq ya o, ya da Tramp Baydendən daha parçalanmış və məyus bir ölkəni miras alacaq. Bu, Bayden prezidentliyinin kədərli mirasıdır”, deyə nəşr yazır.

Qəzet vurğulayır ki, COVID-19 pandemiyasına səmərəsiz reaksiyalar nəticədə rekord inflyasiyaya, 2022-ci ilin iyununda 9,1%-ə çatmasına və amerikalıların real gəlirlərinin azalmasına səbəb olub. Üstəlik, Baydenin qaçqın böhranını həll edə bilməməsi onun prezidentliyinin əsas problemi olaraq qalacaq.

“Ukrayna və Yaxın Şərqdəki müharibənin nəticələrini görməyincə onun xarici siyasətinin nəticələri bəlli olmayacaq”, deyə redaksiya heyətinin üzvləri əminlikırini ifadə edirlər.

Poliqon.info