Pakistanda leysan yağışları nəticəsində 200-ə yaxın adam ölüb

İyulun 1-dən avqustun 17-dək Pakistanın müxtəlif bölgələrində yağan yağışlar nəticəsində azı 195 nəfər ölüb, daha 362 nəfər yaralanıb...

Poliqon xəbər verir ki, bu barədə “The Express Tribune” nəşri Milli Fəlakətlərin İdarə Edilməsi Təşkilatının hesabatına istinadən məlumat yayıb.

Məlumata görə, son 24 saat ərzində 7 sakin həlak olub, daşqınlardan ən çox zərər çəkən Pəncab əyalətidir.

Qeyd olunur ki, iyulun 1-dən indiyədək 2293 daşınmaz əmlak obyekti məhv edilib, onlardan 734-nü bərpa etmək mümkün deyil. Daşqınlar 44 km-dən çox yol və 30 körpüyə ziyan vurub.

Sinoptiklər avqustun 19-da Pakistanın müxtəlif bölgələrində güclü yağış yağacağını və bunun İslamabad, Ravalpindi, Qucranvala, Lahor, Şeyxpura, Kasur, Sialkot, Sarqodha, Faisalabad və Pişəvarın alçaq ərazilərində daşqınlara səbəb ola biləcəyini proqnozlaşdırıblar.

Poliqon.info