Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Naxçıvan istiqamətində mövqelərimiz növbəti dəfə atəşə tutulub...

Poliqon bildirir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, avqustun 18-i saat 19:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ləkətağ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Poliqon.info