Ayın Yerdən uzaqlaşması səbəbindən sutka 25 saatadək uzana bilər

"Ay uzaqlaşdıqca Yer planeti əllərini uzadanda hərəkətinin yavaşıdığı fırlanan fiquristə bənzəyir..."

Alimlər sutkanın saatlarının miqdarının artacağını proqnozlaşdırır. Son məlumatlara görə, Ay planetimizdən uzaqlaşır, bununla əlaqədar olaraq Yer planetində sutkalar daha uzun olur.Poliqon moderator.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" nəşri yazıb. Məlumatı "diapazon.kz" nəşri yayıbAy Yerdən təxminən 384 min km uzaqda yerləşir və onun Yer ətrafında bir dəfə dövrə vurması üçün təxminən 27, 3 gün tələb olunur. Lakin əvvəlki təqiqatlar göstərib ki, Ay getdikcə Yerdən il ərzində 4 sm (daha dəqiq 3, 81 sm) uzaqlaşır, bu da o deməkdir ki, planeti dövrə vurmaq üçün ona daha çox zaman tələb ediləcək."Ay uzaqlaşdıqca Yer planeti əllərini uzadanda hərəkətinin yavaşıdığı fırlanan fiquristə bənzəyir", - bunu Viskonsin-Medison Universitetinin professoru, geofizik Stiven Meyyers izah edib. Ay hansısa məqamda sabit məsafəyə çatacaq və planetimizin yalnız bir tərəfindən görünəcək. Alimlər müəyyən edib ki, 14 milyard il öncə Yerdə sutka cəmi 18 gündən ibarət olub. Planet indikindən daha sürətlə fırlanıb. Lakin Yerin bütün tarixi boyunca Ay getdikcə Yerdən daha da uzaqlaşıb, buna Ay resessiyası deyilir.Yeri gəlmişkən, bu, astronavtlar tərəfindən Ayda əksedicilərin yerləşdirilməsi sayəsində bəlli olub. Onların köməyilə alimlər lazerləri Ay səthinə yönəltməyi və Ayın hansı sürətlə uzaqlaşdığını dəqiq ölçə bilir."Ay get-gedə uzaqlaşdıqca Yerin fırlanması yavaşıyır. Bunun səbəbi Ayın okean qabarmalarına təsiri ilə bağlıdır. Yer fırlandıqca, planet ətrafında fırlanan Ayın qravitasiyası okeanlara təsir edərək qabarmalar və çəkilmələr yaradır.Ayın qravitasiya cazibə qüvvəsi okean suyunu Aya ən yaxın olan tərəfdən qabarmağa vadar edir. Eyni zamanda, ətalət suyun yerində qalmasına cəhd edir. Lakin Ayın qravitasiyası daha güclü olduğundan su Aya tərəf meyllənir", - məlumatda deyilir.Cazibə qüvvəsi və ətalətin birgə gücü iki qabarıqlıq yaradır, onlar da Yerin fırlanması zamanı Ayla bərabər qalır. Lakin Yer öz oxu ətrafında Ayın yuxarıda fırlanmasına nisbətən daha sürətlə fırlanır.Bu o deməkdir ki, onun altında okean hövzələrinin hərəkətindən baş verən sürtünmə həmçinin suyu öz arxasınca aparır. Beləliklə, qabarmalar onları geri çəkməyə cəhd edən Ay orbitindən xeyli irəliyə yerdəyimələr edir.Bu, getdikcə Yerin fırlanmasını yavaşıdır. Üstəlik, alimlər qeyd edir ki, qlobal istiləşmə də həmçinin sutkada saatların miqdarının dəyişməsinə korrektələr gətirir. Buzlaqların əriməsi zamanı əmələ gələn suların okeanlara daxil olması Yerin qütblərindən ekvatora doğru yerdəyişmə edir.Bu ona gətirib çıxarıb ki, Yerin ortası daha da genişlənib, beləliklə onun fırlanması daha da yavaşıyıb. Bu isə öz növbəsində sutkanın uzanmasına bərabərdir. Nəticə etibarilə, bütün bunları nəzərə alaraq, Yerin sutkalıq müddətinə əlavə bir saatın əlavə edilməsi ehtimalı var.

Poliqon.info