Akademik Rafael Hüseynov Qarasuda seçicilərlə görüşüb

Milli Məclisə sentyabrın 1-də keçiriləcək seçkilər ərəfəsində Rafael Hüseynovun növbəti görüşü Qarasu kənd sakinləri ilə oldu...

Bütün ölkədə son illərdə getdikcə daha artıq vüsət alan quruculuq işlərinin Qarasudan da yan keçmədiyini söyləyən Rafael Hüseynov 51 kilometrlik Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan yolunun istifadəyə verilməsinin on minlərlə insanın həyatında yaratdığı müsbət dəyişikliyin elə bu kəndin həyatına da gündəlik güzəranında da bilavasitə öz əyani təsdiqini tapdığını bildirdi.Qarasunun Hacıqabulun ən abad kəndlərindən biri olduğunu söyləyən Rafael Hüseynov bunun həm də yerli əhalinin zəhmətsevən, öz el-obasının təəssübkeşi olması ilə əlaqələndirdi.

O belə ümidini də ifadə etdi ki, Milli Məclisə keçiriləcək növbəti seçkilərdə də həmişə ictimai fəallığı ilə seçilmiş Qarasu ən yaxşı göstəriciləri ilə sevindirəcəkdir.

Qarasu sakinlərinin suallarını cavablandıran, kəndin ümumi problemləri, habelə ayrı-ayrı vətəndaşların qayğıları ilə maraqlanan Rafael Hüseynov bu məsələlərin həllinə köməklərini əsirgəməyəcəyini bildirdi.

Poliqon.info