Ukrayna Kurskdakı körpünü HİMARS-la vurdu

Ukrayna Kursk vilayətində Seym çayı üzərindəki körpünü dağıtmaq üçün Qərb raketlərindən istifadə edib...

Poliqon axar.az-a istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Teleqram kanalında yazıb.

"İlk dəfə Kursk bölgəsi Qərb istehsalı olan raket buraxılış sistemləri, ehtimal ki, ABŞ-ın HİMARS raketləri ilə vurulub. Hücum nəticəsində Qluşkovski rayonunda Seym çayı üzərindəki körpü tamamilə dağılıb. Təxliyə edilən mülki əhaliyə yardım edən könüllülər həlak olub", - Zaxarova bildirib.

Qeyd edək ki, Ukrayna ordusunun Qluşkovski rayonundakı körpünün məhv edilməsi anının görüntüləri ötən gün yayılmışdı.

Poliqon.info