Fil Dişi Sahilində məscidin uçması nəticəsində 8 nəfər ölüb

Fil Dişi Sahilinin ən böyük şəhəri olan Abidjanın mərkəzindəki Kokodi rayonunda tikilməkdə olan məscidin uçması nəticəsində azı 8 nəfər ölüb, iki nəfər yaralanıb...

"Report" xəbər verir ki, bu barədə "Frans Press" agentliyi məlumat yayıb.

Məlumata görə, binanın ikinci mərtəbəsinin döşəməsi uçub. Xilasetmə xidmətləri hələ də dağıntıları təmizləməkdədir.

Səlahiyyətlilər dini binanın tikintisinin qanuniliyini, onun təhlükəsizlik və etibarlılıq standartlarına uyğunluğunu yoxlayır.

Poliqon.info