Parisdə quldurlar Yeni Zelandiya diplomatını mənzilində bağlayaraq qarət ediblər

Parisdə quldurlar Yeni Zelandiyadan olan diplomatın mənzilinə daxil olaraq onu qarət ediblər...

APA xəbər verir ki, bu haqda məlumatı “Le Parisien” nəşri yayıb.

Məlumata görə Yeni Zelandiyadan olan diplomat Parisin mərkəzindəki evində bağlanaraq döyülüb.

Hadisə ötən gecə Fransa paytaxtının 7-ci rayonunda baş verib. Quldurlar Yeni Zelandiya səfirliyinin 34 yaşlı əməkdaşının mənzilinə soxulub və sahibini bağlayıb, sonra isə tüfəngin qundağı ilə onun üzünə zərbələr endiriblər.

Prokurorluq onun ciddi xəsarət almadığını, lakin xəstəxanaya aparıldığını açıqlayıb. Quldurlar diplomatın dəyəri hələ müəyyən edilməyən şəxsi əşyalarını oğurlayaraq saxta nömrəli avtomobillə qaçıblar.

Oğruların axtarışına paytaxt polisinin mühüm qüvvələri göndərilib. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı hələlik heç kimi saxlaya bilməyiblər.

Qeyd edək ki, bundan əvvəl Parisdə 5 olimpiya iştirakçısı qarət edilmişdi.

Poliqon.info