Kanada: Ukraynaya ötürülən silahların istifadəsinə coğrafi məhdudiyyətlər qoymamışıq...

Kanada Müdafiə Nazirliyi bəyan edib ki, Ukrayna verilən silahlardan Rusiya ərazisindəki əməliyyatlar üçün istifadə edə bilər...

Poliqon xəbər verir ki, nazirliyin məlumatına görə, Kanada Ukraynaya ötürülən hərbi texnikanın istifadəsinə coğrafi məhdudiyyətlər qoymur.

"Ukraynalılar vətənlərini necə müdafiə etməyi hamıdan yaxşı bilirlər və biz bu işdə onlara dəstək olmağa çalışırıq", deyə Müdafiə Nazirliyinin mətbuat xidməti departament nümayəndəsi Andre-Anne Poulain bildirib.

Kanadanın Ukraynaya verdiyi hərbi yardım paketlərinə digər şeylərlə yanaşı, səkkiz "Leopard 2A4" tankı, onlarla piyada döyüş maşını, yüzlərlə zirehli maşın və bir neçə M-777 haubitsa daxildir. Kanada hakimiyyəti Ukraynaya hərbi yardım paketini sonuncu dəfə 2024-cü ilin iyulunda elan etmişdi. Sonra silahlanmaya 367 milyon dollar (500 milyon Kanada dolları) ayrılıb.

Qeyd edək ki, bir sıra Qərb ölkələri Ukraynaya verdikləri silahların Rusiya ərazisində istifadəsinə qadağa qoyub. Kiyev dəfələrlə qadağanı götürməyə çağırış etsə də, hələ müsbət cavab almayıb. ABŞ və Böyük Britaniya qadağanı müəyyən qədər yumşaltsa da, xüsusən Almaniya buna qarşı çıxır.

Poliqon.info