Bayden Ağ Evdə Rusiyanın müxalifət lideri ilə görüşüb

ABŞ prezidenti Co Bayden Rusiyada vətənə xəyanətdə təqsirli bilinərək 25 il həbs cəzasına məhkum edilən Rusiya müxalifət liderlərindən biri olan Vladimir Kara-Murza ilə görüşüb...

Poliqon xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Kara-Murza Rusiya ilə altı ölkə arasında məhbus mübadiləsi çərçivəsində avqustun 1-də azadlığa buraxılıb.

Ağ Evin mətbuat xidməti Co Baydenin Vladimir Kara-Murza və ailə üzvləri ilə birgə fotosunu dərc edib. X sosial şəbəkəsindəki fotonun altında “Bu gün ailə yenidən bir yerdədir”, yazılıb.

Xatırladaq ki, Vladimir Kara-Murzanın 42 yaşı var. Rusiya vətəndaşlığından əlavə, onun Britaniya vətəndaşlığı və ABŞ-da daimi yaşamaq hüququ verən “yaşıl kart” var.

Poliqon.info