Litva Belarusda qeydiyyatda olan avtomobillərin ölkəyə girişini qadağan edib

Bu gündən Belarusda qeydiyyatda olan bütün minik avtomobillərinin Litvaya daxil olması qadağandır...

Poliqon xəbər verir ki, bu barədə Belarus Dövlət Sərhəd Komitəsinin məlumatında bildirilir. Məhdudiyyətlər bu gündən, avqustun 16-dan qüvvədədir.

“Qadağa sahibinin və ya sürücüsünün vətəndaşlığından asılı olmayaraq minik avtomobillərinə şamil edilir”, deyə departamentin Telegram-da dərc olunan press-relizində qeyd edilir.

Qeyd edək ki, iyulun 16-dan Latviya Belarusda qeydiyyatda olan avtomobillərin bu ölkəyə girişini qadağan edib. Qadağa ancaq diplomatik nümayəndəliklərin və konsulluq nümayəndələrinin avtomobilləri üçün istisna edilib.

Oxşar qadağa fevral ayında Rusiya dövlət nömrə nişanlı avtomobillərə münasibətdə tətbiq edilib.

Poliqon.info