ABŞ Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, ABŞ hakimiyyəti yaxın həftələrdə Ukraynaya yeni hərbi yardım paketi təqdim etmək niyyətindədir...

Poliqon xəbər verir ki, Kirbi MSNBC telekanalına müsahibəsində deyib. Ağ Evin nümayəndəsi bu paketə nələrin daxil olacağını dəqiqləşdirməyib.

“Bu gün sizə deyəcək heç nəyim yoxdur, amma görəcəksiniz ki, biz Ukraynaya növbəti həftələrdə yeni hərbi yardım paketləri təqdim etməyə davam edəcəyik”, deyə Kirbi bildirib.

Qeyd edək ki, bir gün əvvəl Politico qəzeti ABŞ administrasiyasının Ukraynanın uzaqmənzilli raketlərlə təchizatı məsələsini araşdırdığını yazmışdı. Qəzetin yazdığına görə, söhbət dördüncü nəsil Amerika qırıcılarından 300 km-dən çox məsafəyə buraxıla bilən hava-hava raketlərindən gedir.

Poliqon.info