Kürdəmirdə yol qəzası baş verib, xəsarət alan var

Kürdəmirdə yol qəzası baş verib, xəsarət alan var...

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Atakişili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ 2107” markalı avtomobil Kürdəmir istiqamətində hərəkətdə olarkən qəfildən qarşısına çıxan iri buynuzlu heyvana çırpılıb.

Qəza zamanı avtomobildə olan sərnişin, 2001-ci il təvəllüdlü rayon sakini Həsənov Həsən Elnur oğlu ağır bədən xəsarətləri alıb.

Yaralı dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Həkimlər yaralının vəziyyəti ağır olduğu üçün onu Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriblər. Hazırda faktla bağlı araşdırma aparılır.

Poliqon.info