Ağstafada maskalı şəxslər sələmçi qadının evinə basqın edib

Ağstafa rayonunun Poylu qəsəbəsində maskalı şəxslər tərəfindən evə basqın olub...

"Report"un Qərb bürosunun məlumatına görə, yerli sakin Təranə Əliyevaya məxsus evdən pul oğurlayan naməlum şəxslər ərazidən uzaqlaşıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, T.Əliyeva sələmçiliklə məşğul olur.

Poliqon.info