"Sabah" avrokuboklarla vidalaşıb - Yenilənib  

"Sabah" bu gün Konfrans Liqasının III təsnifat mərhələsinin cavab qarşılaşmasına çıxıb...

APA xəbər verir ki, Masazır təmsilçisi evdə İrlandiyanın "Sent Patriks Atletik" klubunu qəbul edib.

Oyunun 58-ci dəqiqəsində Rəhman Daşdəmirov avtoqola imza atıb.

Matçda başqa qol vurulmayıb.

Bununla da "Sabah" komandası avrokuboklarda mübarizəsini dayandırıb.

Qeyd edək ki, tərəflər arasında keçirilən birinci qarşılaşmada da İrlandiya təmsilçisi 1:0 hesabı ilə qalib gəlmişdi.

***

"Report" xəbər verir ki, Masazırdakı "Bank Respublika Arena"da qonaqlar hesabda önə çıxıb - 1:0.

48-ci dəqiqədə Zakari Elbuzedi fərqlənib.

Qeyd edək ki, Bakı klubunun futbolçusu Sofyan Şakla 27-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydanı vaxtından əvvəl tərk edib.

***

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində "Sabah" - "Sent Patriks Atletik" (İrlandiya) görüşü start götürüb.

"Report" xəbər verir ki, qarşılaşma Masazırdakı "Bank Respublika Arena"da keçirilir.

Oyunu rumıniyalı baş hakim Marsel Birsan idarə edir.

Poliqon.info