Konfrans Liqası: "Sabah" - "Sent Patriks Atletik" matçına indiyədək 5500 bilet satılıb

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Sabah"ın İrlandiya təmsilçisi "Sent Patriks Atletik"lə cavab qarşılaşmasına indiyədək satılan biletlərin sayı açıqlanıb...

Poliqon klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Masazırda keçiriləcək görüşə 5500 bilet satılıb.

Komandanın ev oyunlarını keçirdiyi "Bank Respublika Arena" 8700 azarkeş tutumuna malikdir.

Qeyd edək ki, "Sabah" - "Sent Patriks Atletik" matçı bu gün, saat 20:00-da “Bank Respublika Arena”da start götürəcək. İlk oyunda İrlandiya təmsilçisi 1:0 hesablı qələbə qazanıb.

Poliqon.info