Ağstafada Kür çayında batan şəxsin meyiti tapılıb - Yenilənib  

Dünən Kür çayında batan şəxsin meyiti tapılıb...    

"Report"un Qərb bürosunun məlumatına görə, Kür çayının Ağstafa rayonundan keçən hissəsində batan 1968-ci il təvəllüdlü Rasim Şıxıyevin meyiti tapılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

Kür çayının Ağstafa rayonundan keçən hissəsində bir nəfərin batdığı ehtimal olunur.

"Report"un Qərb bürosunun məlumatına görə, batdığı ehtimal olunan şəxs, 1968-ci il təvəllüdlü Şıxıyev Rasim Vahid oğludur.

Onun axtarışı üçün əraziyə FHN əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info