Türkiyə Rusiyanın S-400 sistemlərindən necə istifadə edəcək?

Türkiyə: Türkiyə özünün hava hücumundan müdafiə sistemi yaradılana qədər Rusiyadan aldığı S-400-lərdən istifadə edəcək...

Türkiyə öz təhlükəsizliyini təmin etmək üçün oxşar sistemlər yaradana qədər Rusiyanın S-400 zenit-raket komplekslərindən istifadə etmək niyyətindədir.

Poliqon xəbər verir ki, bu barədə “Türkiye” qəzeti məlumat yayıb.

Qəzetin sitat gətirdiyi türkiyəli müdafiə eksperti Turan Oğuz qeyd edib ki, S-400 kimi sistemlərə dair müqavilələrdə “son istifadəçi” maddə var və Rusiyanın icazəsi olmadan bu sistemlər başqa ölkəyə satıla bilməz.

Ekspertin sözlərinə görə, hazırda S-400-lər NATO sistemlərinə inteqrasiya olunmayıb, lakin Türkiyə onları öz radar şəbəkəsinə qoşub.

Qeyd edək ki, bundan əvvəl Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir bəyan etmişdi ki, Ankara Amerikanın “Patriot” hava hücumundan müdafiə sistemləri ilə maraqlanmır.

Poliqon.info